Türkiyədə 3 günlük matəm elan edildi

17.06.2015 15:37     Siyasi reaksiya     2220

Əhməd Davudoğlu mərhum prezident Süleyman Dəmirəlin yasında iştirak edib.

Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin ölümü ilə əlaqədar olaraq 3 günlük matəm elan edilib. "Reaksiya.az" ANS PRESS-ə istinadən məlumat verir ki , bu barədə açıqlamanı baş nazir Əhməd Davudoğlu verib. 

Baş nazir sabiq prezidentin evindəki yas məclisində iştirak edib. O, cümə günü paytaxt Ankarada rəsmi mərasim keçiriləcəyini də qeyd edib. 

''Dəmirəl ölkənin başı üzərində qara buludlar dolaşarkən verdiyi mübarizə ilə xalqın yanında olub. Adını siyasi tariximizə dərin yazdırıb. Bu gündən etibarən matəm elan ediləcək. Allah rəhmət eləsin. Cənazə namazı Ankarada qılınacaq. Ailə necə qərar verərsə ona uyğun hərəkət edəcəyik". 

Xatırladaq ki, görkəmli siyasətçi olan Süleyman Dəmirən bu gücə 91 yaşında dünyasını dəyişib.

Şərhlər

Çox oxunanlar