Rusiya: İŞİD MDB coğrafiyasında sabitliyi pozmağa çalışır
18.06.2015 06:51 Siyasi reaksiya 3839
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) sədri Aleksandr Bortnikov terror təşkilatı İŞİD -in Müstəqil Dövlətlər Birliyi (MDB) coğrafiyasında sabitliyi pozmağa çalışdığını söyləyib.
MDB Terrorla Mübarizə Mərkəzinin quruluşunun 15 – ci ildönümü ilə bağlı Moskvada keçirilən mərasimdə çıxış edən FSB sədri Bortnikov beynəlxalq terrorun təsir vasitələrini artırmaq üçün səy göstərdiyinə diqqət çəkib.
Bortnikov bildirib ki, hal-hazırda İŞİD beynəlxalq terrorizmin siması kimi ortaya çıxmaqdadır:0 “İŞİD dünyanın müxtəlif bölgələrində öz dayaq nöqtələrini yaradır və açıq-aşkar MDB coğrafiyasında və Mərkəzi Asiyada sabitliyi pozmağı planlaşdırır”.
Bu yöndə MDB Terrorla Mübarizə Mərkəzinin beynəlxalq tərəfdaşları ilə əməkdaşlığı inkişaf etdirməli və artırmalı olduğunu vurğulayan FSB rəhbəri qeydc edib ki, əvvəlcə İŞİD nümayəndələrinin fəaliyyət göstərdiyi ölkələrdə əlaqədar rəsmilərlə əməkdaşlığın inkişaf etdirilməsi və artırılması vacib şərtdir: “Bu ölkələrdə İŞİD nümayəndələri və onlara bağlı olan terrorist təşkilatlar, məntiqi baza quraraq terrorçuların və silahların ötürülməsi üçün yeni metodlar tapırlar".
FSB sədri ortaq fəaliyyət və əməliyyatlara hazırlıq işləri, həmçinin terror təhlükəsinin yayılması və vəziyyəti ilə bağlı dərin strateji analizin aparılması üçün MDB ölkələrinə bir çox dəstəyin təmin edilməli olduğunu vurğulayıb.
Şərhlər