Nazir yeni yaradılan qurumun sədri təyin edildi
21.10.2015 22:13 Siyasi reaksiya 1755
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının tərkibini təsdiq edib.
Reaksiya.az xəbər verir ki, Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri təyin edilib.
Koordinasiya Şurasının üzvləri:
Aydın Əliyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi
Musa Pənahov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini
Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Cavid Qurbanov - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Rauf Vəliyev - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Elşad Nəsirov - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
Taleh Ziyadov - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru
Şərhlər