Bahar Muradova Şirvanda seçiçiləri ilə görüşüb - FOTOLAR

22.10.2015 01:15     Siyasi reaksiya     2844

84 saylı Füzuli seçki dairəsindən YAP-nın deputatlığa namizədi, Milli Məclisin sədr müavini, YAP-nın idarə heyətinin üzvü Bahar Muradova ilə Füzuli rayonunun Şirvan şəhərində məskunlaşmış seçiciləri ilə görüş keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan YAP Füzuli rayon təşkilatının sədri, deputatlığa namizəd Bahar Muradovanın səlahiyyətli nümayəndəsi Almaz Həşimova tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin başlanması ilə açıq elan etdi. Daha sonra deputatlığa namizəd Bahar Muradovanın geniş fəaliyyəti və tərcümeyi halı haqqında görüş iştirakçılarına məlumat verildi.

Çıxış edən kənd sakinləri Bahar Muradova ilə hər zaman fəxr etdiklərini vurğulayaraq, seçiləcəyi təqdirdə bundan sonra da uğurlar arzuladılar. 10 nömrəli məktəbin müəlliməsi Könül Axundova Bahar xanımın fəaliyyətini dəstəklədiklərini və hər zaman onun yanında olacaqlarını bəyan etdi. Məcburi köçkünlərin Füzuli rayonu üzrə nümayəndəsi Tehran ibrahimov çıxış edərək ulu öndərimizin vaxtilə Azərbaycan xalqına göstərdiyi əvəzsiz xidmətlərdən söz açaraq bu gün onun layiqli davamçısı, YAP-nın sədri cənab İlham Əliyevin ətrafında daima sıx birləşəcəklərini qonaqlara anlatdı. YAP-nın Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov Azərbaycanda artan sosial-iqtisadi inkişafdan danışaraq bu gün Azərbaycanın dünya bazarında xüsusi yer tutduğunu və avropa ölkələri içərisində xüsusi nüfuza malik olduğunu görüş iştirakçılarına çatdırdı.

YAP-nın deputatlığa namizədi Bahar Muradova seçicilərinə belə səmimi və xoş sözlərə görə minnətdarlığını bildirdi. Bahar Muradova yeniləşən Azərbaycan modelinin uğurlu siyasəti, vaxtilə bizi çətinliklərdən qurtaran, xalqın mənafeyini hər zaman üstün tutan Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi. Bu gün bu siyasəti yorulmadan, əzmlə və böyük siyasi bacarıqla davam etdirən YAP-nın sədri, ölkə başcısı cənab prezident İlham Əliyevin dünyada xüsusi nüfuza malik olduğunu qeyd edən Bahar xanım, hər zaman olduğu kimi bu dəfə də seçicilərini ölkəni çiçəklənməyə və inkişafa doğru aparan YAP-nın namizədlərinə səs verməyə və növbəti 5 il üçün də ulu öndərin izi ilə cənab prezidentin siyasətinə sadiq qalmaqla birgə addımlamağa dəvət etdi.

Tədbirdən sonra Bahar Muradova seçiciləri qəbul etmiş və onların təkliflərini dinləmişdir.

Şərhlər