Prezidentlər ilin sonuna qədər görüşə bilər

22.10.2015 03:33     Siyasi reaksiya     1692

"Biz Ermənistan və Azərbaycan prezidentlərinin ilin sonunadək görüşəcəklərinə ümid edirik".

Reaksiya.az-ın məlumatına görə, bunu "News.am"a müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşik bildirib.

ATƏT-in Minsk qrupu tərəfindən Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesi çərçivəsində mümkün yeni təkliflərlə bağlı fikir bildirən Kasprşik qeyd edib ki, bütün təkliflər Madrid prinsipləri çərçivəsində müzakirə olunur.

Minsk qrupu həmsədrlərinin bu ilin oktyabrın 26-da Ermənistana, 28-də isə Azərbaycana səfərləri nəzərdə tutulub.

Şərhlər