Azərbaycana gələn xarici qonaqlar ölkəmiz haqqında yalnız müsbət düşünürlər

18.06.2015 12:04     Siyasi reaksiya     1967

Bunu Reaksiya.az –a açıqlamasında Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev bildirib. O, qeyd edib ki, I Avropa Oyunları Azərbaycanın qüdrətinin göstəricisi oldu: “Azərbaycan yeni standartlar yaradaraq tarix yazdı.  Azərbaycan rəhbəri cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar öz bəhrəsini verdi. Heydər Əliyev Fondunun Prezidenti, I Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri  Xanım Mehriban Əliyevanın rəhbərliyi ilə qısa müddət ərzində  görülən işlər bir daha sübut etdi ki, Azərbaycan xalqı Dünya əhəmiyyətli böyük işlərin öhdəsindən gələ bilir. I Avropa Oyunları Azərbaycana nə verdi: İlk növbədə tarix yazıldı. Biz Avropanın tarixini yazdıq. Avropanın ilk oyunlarına Azərbaycan ev sahibliyi etdi. Bir çox xarici Dövlət və hökumət başçıları öz heyranlıqlarını gizlədə bilmir. Böyük təcrübə əldə olundu. Bundan sonra istənilən böyük  tədbirlərin öhdəsindən asanlıqla gələ bilərik. Azərbaycan gənclərinin təcrübəsi artdı. I Avropa Oyunları Azərbayacanda idmanın inkişafına əhəmiyyətli dərəcədə təsir edəcək. Gənc nəsil bundan ruhlanacaq”.

I Avropa Oyunlarının ölkəmizin tanıdılmasına böyük töhfə verdiyini bildirən N. Mehdiyev vurğulayıb ki, bu oyunların keçirilməsi ilə Azərbaycanın iqtisadi inkişafına, turizm potensialının artmasına yeni təkan verilib: “Əlbəttə, 1 – ci Avropa Oyunlarının müvəffəqiyyətlə həyata keçirilməsinin siyasi əhəmiyyəti də var. Bütün dünya Azərbaycanın sülhsevər, mədəni bir ölkə kimi bir daha tanıdı. Azərbaycan həqiqətlərinin, Qarabağ həqiqətlərinin də dünyada tanıdılmasına töhfə verildi . Azərbaycana gələn xarici qonaqlar ölkəmiz haqqında yalnız müsbət düşünürlər”.

 

Rüfət 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar