Bahar Muradova Şükürbəyli sakinləri ilə görüşdü

22.10.2015 12:52     Siyasi reaksiya     2380

YAP-nın deputatlığa namizədi, Milli Məclisin sədr müavini, YAP-nın idarə heyətinin üzvü Bahar Muradovanın seçiciləri ilə görüşləri davam edir.

Reaksiya.az xəbər verir ki, Füzuli rayonunun düşmənlə təmas xəttində yerləşən Şükürbəyli kəndində keçirilən görüş Azərbaycan Respublikasının Dövlət Himninin başlanması ilə açıq elan olunub.

Tədbiri giriş sözü ilə açan YAP Füzuli rayon təşkilatının sədri, deputatlığa namizəd Bahar Muradovanın səlahiyyətli nümayəndəsi Almaz Həşimova tədbir iştirakçılarını salamlayaraq, respublikamızın mötəbər bir siyasi ərəfədə olduğunu vurğuluyaraq hər kəsi bu kompaniyada fəal olmağa və YAP-nın namizədlərinə səs verməyə çağırıb. Daha sonra Bahar Muradovanın geniş həyat fəaliyyəti və yaradıcılığı barədə danışan Almaz xanım Füzuli seçicilərinin düzgün seçim edəcəyinə dair heç bir şübhənin olmadığını bildirib.

Çıxış edən kənd sakinləri İltifat Qasımov, Adilə Qurbanova, Çingiz Həsənov Ulu öndər Heydər Əliyevin əvəzolunmaz siyasətindən söz açaraq bu gün ulu öndərin siyasi kursunun davamçısı olan cənab prezident İlham Əliyevin sayəsində ölkəmizdə olan siyasi sabitlikdən və əmin amanlıqdan danışıblar. Elnur Bəstəliyev dövlətimizə və dövlətçiliyimizə inanaraq ölkə başcısının ətrafında sıx birləşəcəklərini və ulu öndər yolunda qətiyyətlə addımlayacaqlarını bəyan ediblər.

Bahar Muradova çıxış edərək kənd sakinlərinə xoş münasibət və səmimi sözlərə görə təşəkkürünü bildirib. Cəbhə bölgəsində yerləşən Şükürbəyli kənd sakinlərinin qəhrəmanlığından və igidliyindən söz açan Bahar Muradova, cəbhənin təmas xəttində yerləşməsinə baxmayaraq dövlət tərəfindən kənddə aparılan abadlıq və quruculuq işlərindən, yeni istifdəyə verilən yollardan, eləcədə sosial yönümlü binaların inşasından söz açaraq dövlət başcısının məcburi köçkünlərə olan diqqət və qayğısından danışıb. Sonra YAP-nın ölkənin siyasi nüfuzunda xüsusi yerini qeyd edən Bahar Muradova, xalqı işığa doğru aparan bu yolun düzgün yol olduğunu deyib. Hər kəsi bu yolda bir olmağa, dövlət başcısının ətrafında birləşməyə və ulu öndər izi ilə addımlamağa dəvət edən Bahar Muradova qarşıdan gələn seçkilərdə kənd sakinlərini seçkilərin demokratik şəkildə keçməsi üçün öz iradələrini seçki məntəqələrində ifadə etməyə və YAP-nın namizədlərinə səs verməyə çağırıb.

Şərhlər