Seçicilər tək bir namizədə səs verəcəklər: Bahar Muradova - FOTOLAR

23.10.2015 09:12     Siyasi reaksiya     2944

84 saylı Füzuli seçki dairəsindən YAP-nın deputatlığa namizədi, Milli Məclisin sədr müavini, YAP-nın idarə heyətinin üzvü Bahar Muradova seçiciləri ilə intensiv olaraq görüşlər keçirir. Seçkilərdə çıxış edən qonaqlar və seçicilər öz çıxışlarında bildiriblər ki, onlar ölkə rəhbərliyinin apardığı daxili və xarici siyasəti dəstəkləyiblər və məhz buna görə də YAP-nın namizədlərinə səs verəcəklərini bildirərək, Bahar Muradovanın YAP-ın ideyalarının ardıcıl olaraq həyata keçirilməsində göstərdiyi fəaliyyətini yüksək qiymətləndiriblər.

Seçiciləri qarşısında çıxış edən Bahar Muradova da parlament seçkilərində YAP-nın namizədi olduğundan və Milli Məclisdə məhz bu bölgəni təmsil etməsindən qurur duyğularını bildirib və bundan sonra da ölkə rəhbərliyinin və YAP-nın sədri cənab İlham Əliyevin siyasi xəttinin davam etdirilməsi üçün bütün imkanlarını səfərbər etmək əzmində olduğunu ifadə edib. O, bildirib ki, yalnız Heydər Əliyev dühasından doğan ideologiya Azərbaycanın xoşbəxtliyinin təminatı ola bilər və bu siyasətin alternativi mövcud deyil: “Azərbaycan dinamik inkişaf yolundadır, onun demokratik, güclü sütünları mövcuddur. Ona görə də bizi yeni, daha yüksək hədəflərə çatdıracağına heç bir şübhə yoxdur. Mən sizə, toplantı iştirakçılarına ölkə rəhbərliyinə və öz ünvanıma söylənən xoş sözlərə və münasibətə görə təşəkkür edirəm və seçicilərimi seçkilərdə fəal olmağa, YAP-nın namizədlərinə səs verməyə çağırıram”.

 

Şərhlər

Çox oxunanlar