“Yeni hədəflərə doğru!”

22.10.2015 18:11     Siyasi reaksiya     2289

Bu gün Ağdaş rayonunda seçicilərlə növbəti görüş keçirilib. Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının konfrans zalında keçirilən görüşdə Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizədliyi  89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən irəli sürülmüş Elman Nəsirov, Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov və Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsinin yerli Təbliğat qrupunun üzvləri iştirak və çıxış ediblər.

Reaksiya.az xəbər verir ki, görüşü Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsinin sədri Cavid Osmanov açaraq deputatlığa namizəd Elman Nəsirovun tərcümeyi halı ilə seçiciləri yaxından tanış edib Keçirilən bütün seçkilərdə ağdaşlı seçicilərin hər zaman fəallıq nümayiş etdirdiyini vurğulayan Cavid Osmanov bu ənənəyə sadiq qalaraq bu seçkilərin də respublikamızın hər bir bölgəsində olduğu kimi Ağdaşda da yüksək səviyyədə keçəcəyinə, Yeni Azərbaycan Partiyasının namizədlərinin  böyük səs çoxluğu ilə qalib gələcəklərinə əmin olduğunu bildirib.

Deputatlığa namizəd Elman Nəsirov çıxışında seçkilərə “Yeni hədəflərə doğru!” şüarı ilə qatılan  Yeni Azərbaycan Partiyasının müasir Azərbaycanın həyatındakı rolundan bəhs edib, ötən 10 il ərzində respublikada iqtisadi, sosial təminat, təhsil, səhiyyə, mədəniyyət və idman sahəsində qazanılan uğurlardan, həyata keçirilən infrastruktur layihələrdən danışıb. Deputat seçiləcəyi təqdirdə seçicilərinin maraqlarını müdafiə edəcəyini, yaşayış məntəqələrində olan problemlərin yuxarı orqanlar qarşısında məsələlər qaldırmaqla həll olunmasına çalışacağını bildirib.

Çıxış edən yerli Təbliğat qrupunun üzvləri, partiya fəalları Azad İsayev, Veyis Şavəddinov və Eşqin İsmayılov çıxışlarında ağdaşlıların artıq seçim etdiklərini bildiriblər. Qeyd ediblər ki, bu seçkilərdə də təmsil etdikləri qəsəbə və kəndlərin seçiciləri partiyamızın irəli sürdüyü namizədi dəstəkləyəcək, Elman Nəsirova səs verəcəklər.

Şərhlər