İlham Əliyev macarıstanlı həmkarını təbrik edib

23.10.2015 00:52     Siyasi reaksiya     1827

Azərbaycan prezidenti İlham Əliyev macarıstanlı həmkarı Yanoş Aderi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Reaksiya.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, ölkənizin milli bayramı münasibətilə sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycanla Macarıstan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və inkişafı istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik. Belə bir xoş gündə dizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.a

Şərhlər