TürkPA müşahidə missiyası Bakıya gələcək

23.10.2015 00:58     Siyasi reaksiya     1511

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) müşahidə missiyası  Azərbaycanda keçiriləcək parlament seçkilərinin qısamüddətli monitorinqını aparmaq üçün oktyabrın 29-da Bakıya səfər edəcək.

Bu barədə TürkPA-nın hüquqi məsələlər və mətbuat xidmətinin rəhbəri Anar Rəhimov məlumat verib.

Missiyaya Qazaxıstan Parlament Məclisinin deputatı Serikjan Kanayev rəhbərlik edəcək. Missiyanın tərkibinə Qazaxıstan Senatının üzvü Marat Tagimov, Qırğızıstan parlamentinin üzvü Saidulla Nişanov, Türkiyə Böyük Millət Məclisinin üzvü Halil Ürün və TürkPA baş katibi Jandos Asanov daxildir.

Proqram çərçivəsində missiyanın Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşləri nəzərdə tutulub. Seçki günü TürkPA müşahidəçiləri paytaxtın bir sıra seçki məntəqələrində seçki mühiti və səsvermə prosesini izləyəcək. Noyabr 2-də isə missiyanın mətbuat konfransı keçirərək təşkilatın adından bəyanatla çıxış etməsi planlaşdırılır.

Şərhlər