Gənclərdən Azay Quliyevin çağırışına böyük maraq
23.10.2015 09:57 Siyasi reaksiya 2080
Qeyd edək ki, sözügedən ünvanda Azay Quliyevin seçicilərlə görüşü oktyabrın 15-də olmuşdu. Deputatlığa namizədin eyni ünvanda təkrar görüşünün keçirilməsi sakinlərin təşəbbüsü və dəvəti ilə baş tutub.
Diskussiya şəraitində keçən görüşdə seçicilər yaşadıqları ərazidə onları narahat edən bir sıra məsələləri deputatlığa namizədin nəzərinə çatdıbırlar.
Deputatlığa namizəd Azay Quliyev son illərdə ölkə prezidentinin tapşırıqları əsasında Binəqədi rayonunda əhalinin rahatlığının təmin olunması üçün irimiqyaslı yenidənqurma və abadlaşdırma işləri görüldüyünü qeyd edərək, bildirib ki, seçicilərin dəstəyi ilə deputat seçildikdən sonra o da, millət vəkili kimi bu prosesə öz səlahiyyətləri çərçivəsində dəstək verəcək: “Ümid edirəm ki, sizin burada səsləndirdiyiniz məsələlərin həllinə biz birlikdə nail ola bilərik”.
Kampaniya çərçivəsində seçicilərlə görüşlərə daha çox əhəmiyyət verdiyi üçün Azay Quliyevə təşəkkür edən sakinlər 1 noyabrda yekdilliklə ona səs verəcəklərini bildiriblər.
Xatırladaq ki, bu gün oktyabrın 23-də deputatlığa namizəd Azay Quliyev dairədə yaşayan gənc seçicilərlə görüş keçirəcək.
Reaksiya.az xəbər verir ki, saat 17:00-da 8-ci mkr, S.S.Axundov küç. 50 ünvanında keçiriləcək görüşün əsas məqsədi, gəncləri maraqlandıran suallara cavab vermək və onların fikir və rəylərini öyrənməkdir.
Bununla bağlı Azay Quliyevin Seçki Qərargahı tərəfindən Facebook şəbəkəsində gənclərə çağırış edilib. Qeyd olunub ki, gənclərin deputatlığa namizədə ünvanlanan təklif və rəylərindən ən çox bəyənilənləri seçilərək görüş zamanı səsləndiriləcək.
Eyni zamanda, həmin sual, təklif, rəylərlə bağlı Azay Quliyevin fikirləri internet səhifəsində və Facebook şəbəkəsində diqqətə çatdırılacaq. 23 oktyabrda keçiriləcək görüşlə bağlı bu çağırışı deputatlığa namizəd Azay Quliyev öz Facebook səhifəsində paylaşmışdı. Azay Quliyevin bu çağırışı sosial şəbəkədə böyük marağa səbəb olub. Son iki gün ərzində Azay Quliyevin səhifəsindəki statusa 5 minə qədər baxış olub. Statusa 800-ə yaxın “bəyənmə” edilib. Statusu 60-dək izləyici paylaşıb. Statusun rəy hissəsində, həmçinin, profilin inboksunda gənclər tərəfindən 500-dək təklif, sual və dəstək mesajı yazılıb. Rəylərdə daha çox deputatlığa namizəd Azay Quliyevə seçkidə uğurlar arzu olunur. Bu dairədən seçici olan gənclər Azay Quliyevə səs verəcəklərini bildirirlər. Rəylərdə gənclər əsasən, onları maraqlandıran aşağıdakı məsələlərlə bağlı deputatlığa namizəd Azay Quliyevin fikirlərini öyrənmək istəyirlər:
- Gənclərin asudə vaxtının təşkili;
- Dairə ərazisində Gənclər evinin təşkil edilməsi;
- Gənclərin işlə təmin olunması;
- Gənclərin sosial hüquqlarının qorunması;
- Gənc ailələrə güzəştli şərtlərlə ipoteka kreditinin verilməsi;
- Magirst təhslli gənclərə hərbi xidmətdən möhlət hüququ;
- Gənclərin intellektual inkişafına şərait yaradılması;
- İşğal olunmuş Azərbaycan torpaqlarının azad olunması yolları ilə bağlı;
- İdman sahəsində nəzərdə tutulan layihələr;
- Gəncləri dini radikalizmdən uzaqlaşdırmağın yollar haqqında;
- Əlilliyi olan gənclərin sosial müdafiəsi, təhsili və məşğuliyyəti;
- Erkən nikahlara, qızların təhsildən kənarlaşdırılaraq erkən yaşında ailə qurmağa məcbur edilməsinə münasibət.
Gəncləri maraqlandıran bu və digər suallar bu günkü görüşdə cavablandırılacaq.
Şərhlər