Əsəd bu yaxınlarda vəzifədən gedəcək - Rusiya qəzeti - VİDEO

23.10.2015 15:48     Siyasi reaksiya     1938

Rusiyanın “Kommersant” qəzeti Suriya Prezidenti Bəşər Əsədin yaxın zamanda vəzifədən gedəcəyi haqda bir iddia irəli sürüb.

Reaksiya.az xəbər verir ki, qəzetə görə, Əsəd ölkəsindəki böhranın siyasi yolla həll edilməsi üçün barışığı qəbul etdiyini və bu məqsədlə yaxın zamanda hakimiyyəti təhvil verəcəyini elan edəcək

PUTİN ƏSƏDƏ TƏZYİQ ETDİ

Rusiya Prezidenti Vladimir Putinin Əsədə "bütün müxaliflərlə masaya oturması" məsələsində təzyiq göstərdiyi də iddia edilib.

TÜRKİYƏ "DƏSTƏK VERDİ" İDDİASI

Rusiya ABŞ-a Əsədin 6 aylıq siyasi keçid prosesinin ardından vəzifədən getməsini nəzərdə tutan bir plan təqdim edib.

ABŞ-la yanaşı bu plana Türkiyənin də razılıq verdiyi deyilir.

Şərhlər

Çox oxunanlar