İlham Əliyev Ollanda başsağlığı verdi

23.10.2015 17:01     Siyasi reaksiya     1998

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasının Prezidenti Fransua Ollanda başsağlığı məktubu göndərib.

Reaksiya.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş nəqliyyat qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".

 

Şərhlər

Çox oxunanlar