Nikolay Bordyuja: “Qarabağ və Dnestryanı regionda müharibə başlasa, uzun müddət davam edəcək"

18.06.2015 15:31     Siyasi reaksiya     1966

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Dağlıq Qarabağ münaqişəsinin həllinə müdaxilə edə bilməz”.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu KTMT baş katibi Nikolay Bordyuja keçirdiyi brifinqdə deyib. O bildirib ki, bu münaqişənin nizamlanması üçün beynəlxalq mexanizm mövcuddur: “Bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı səlahiyyəti ATƏT-in Minsk Qrupuna verib. Digər beynəlxalq təşkilatlar bu prosesə müdaxilə etməməlidirlər. Münaqişənin sülh yolu ilə nizamlanması ilə məhz ATƏT-in Minsk Qrupu məşğul olur. KTMT olaraq biz onların fəaliyyətini dəstəkləyirik. Buna görə də, KTMT bu münaqişənin həlli prosesinə müdaxilə edə bilməz”.


N. Bordyuja Ermənistanın KTMT-nin tamhüquqlu üzvü olduğunu xatırladıb: “Ermənistan ərazisində təhlükə olacağı təqdirdə, KTMT bütün hüquqlarından istifadə edəcək”.


N. Bordyuja MDB məkanında mövcud olan münaqişələrin hərbi yolla həllinin mövcud olmadığını da vurğulayıb: “Nə Qarabağ, nə də Dnestryanı münaqişənin hərbi yolla həll yolu mövcud deyil. Regionda müharibə başlasa, uzun müddət davam edəcək, çoxlu qan töküləcək. Bunu 

Şərhlər

Çox oxunanlar