Vergilər Nazirliyinin baş idarə rəisi işdən çıxarıldı
24.10.2015 13:20 Siyasi reaksiya 2297
Azərbaycan Vergilər Nazirliyinin baş idarə rəisi işdən çıxarılıb.
Reaksiya.az apa-ya istinadən xəbər verir ki, Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi Vidadi Məmmədov vəzifəsindən azad edilib.
Hazırda Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi vəzifəsini Ramiz Ağayev icra edir.
Nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat almaq mümkün olmayıb.
Şərhlər