Erməni nazir: “Avropa Oyunlarında iştirak etməmək məsələsi yox idi”

18.06.2015 16:47     Siyasi reaksiya     1770

“Ermənistan nümayəndə heyətinin qarşısında Bakıda keçirilən I Avropa Oyunlarında iştirak etmək, yaxud etməmək kimi bir məsələ yox idiı”.

 
APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın idman naziri Qabriel Kazaryan deyib. O bildirib ki, idmanla siyasəti qarışdırmaq lazım deyil: “Avropa Olimpiya Komitəsinin keçirdiyi bu oyunlar Beynəlxalq Olimpiya Komitəsinə daxildir. Ona görə də, oyunlar Bakıda keçirildiyi üçün Ermənistanın iştirak etməməsinə əsas yox idi. Mən özüm hər gün komanda ilə əlaqə saxlayıb vəziyyətləri ilə maraqlanıram”.

Şərhlər

Çox oxunanlar