"Suriya seçkilərə hazırlaşmalıdır” - Sergey Lavrov

24.10.2015 17:30     Siyasi reaksiya     2032

“Suriya parlament və prezident seçkilərinə hazırlaşmalıdır”.

Reaksiya.az  apa-ya istinadən xəbər verir ki, belə bir bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.

O qeyd edib ki, artıq Suriyada siyasi prosesin irəliləməsi tendensiyası sezilməkdədir. Gələcəkdə suriyalıların xarici ölkələrin təsiri ilə danışıqlar masası arxasına keçəcəyinə ümid etdiyini deyən diplomat bununla belə münaqişədə iştirak edən xarici qüvvələrin Suriya vətəndaşlarının əvəzinə siyasi məsələləri həll etmək iqtidarında olmadığını vurğulayıb.

Lavrov həmçinin bildirib ki, Moskva Suriya məsələsində addımların koordinasiyasında Vaşinqtonla əməkdaşlığa açıqdır.

Şərhlər