İlham Əliyev avstriyalı həmkarını təbrik etdi

24.10.2015 17:34     Siyasi reaksiya     1951

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerə təbrik məktubu göndərib.

Reaksiya.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Federal Prezident,

Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstriya xalqına daim sülh və firavanlıq diləyirəm”. 

Şərhlər