Nalbandyan həmsədrlərlə görüşdü
26.10.2015 16:03 Siyasi reaksiya 2080
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
Reaksiya.az apa-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə münaqişənin sülh yolu ilə həlli imkanları barədə müzakirələr aparılıb.
Qeyd edək ki, həmsədrlər regiona səfər çərçivəsində oktyabrın 28-də Azərbaycana səfər edəcəklər.
Şərhlər