Bahar Muradova Yuxarı Kürdmahmudlu kəndində görüş keçirib - FOTOLAR

26.10.2015 19:19     Siyasi reaksiya     2784

Oktyabrın 26-da 84 saylı Füzuli seçki dairəsindən YAP-nın deputatlığa namizədi, Milli Məclisin sədr müavini, YAP-nın idarə heyətinin üzvü Bahar Muradova ilə Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndinin seçiciləri ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Füzuli rayon təşkilatının sədri, deputatlığa namizəd Bahar Muradovanın səlahiyyətli nümayəndəsi Almaz Həşimova Bahar Muradovanın həyat və fəaliyyəti haqqında görüş iştirakçılarına məlumat verib və onun vəkillərini görüş iştirakçılarına təqdim etdi. Sonra, namizədin vəkilləri çıxış edərək respublikamızda keçirilən ən böyük siyasi hadisələrdən sayılan parlament seçkilərinin Azərbaycanın siyasi həyatında və demokratiyanın inkişafında vacib rol oynadığını ifadə edib, seçiciləri bu prossesdə fəal iştirak etməyə çağırıb.

Daha sonra çıxış edən kənd sakinləri onlara göstərilən yüksək diqqət və qayğıdan söz açaraq Bahar Muradovaya bu illər ərzində onları ləyaqətlə təmsil etdiyi üçün təşəkkürlərini bildirdilər və bunun davamlı olması üçün bir daha onu seçəcəklərini yekdilliklə ifadə ediblər. Kənd sakinləri öz çıxışlarında hər zaman ölkə başçısının ətrafında olacaqlarını və sıx birləşəcəklərini, elə buna görə də seçkilərdə YAP-nın namizədlərinə səs verəcəklərini bildiriblər. Rayonun son illər ərzində sosial-iqtisadi inkişafından danışan sakinlər bu yüksək diqqət və qayğıya görə cənab Prezidentə təşəkkürlərini bildiriblər.

Seçicilər qarşısında çıxış edən Bahar Muradova seçicilərinə bu cür xoş və səmimi sözlərə görə minnətdarlığını bildirib. Ona hər zaman dəstək olduqlarını razılıqla ifadə edən Bahar Muradova bu seçkilərdə də ölkənin inkişafına və gələcək taleyinin çiçəklənməsinə doğru gedən YAP-nın siyasi xəttinə səs verəcəklərinə inamını bildirib. “Biz bu gün ölkə olaraq, dövlət olaraq əhəmiyyətli bir dövr yaşayırıq” - deyən Bahar Muradova ölkəmizin növbəti dəfə seçki, seçim qarşısında olduğunu qeyd edib. Gələcək həyatımızı, mövqeyimizi, münasibətimizi, tutduğumuz yola, qarşımızdakı hədəflərə münasibətimizi bir daha dəqiqləşdirməliyik və bir daha ifadə etməliyik deyən namizəd seçiciləri bu mütəşəkilliklərinə, aktiv vətəndaşlıq mövqelərinə görə təşəkkürünü bildirib.

Sonda seçicilərlə xatirə şəkli çəkdirilib.

 

 

Şərhlər