Oqtay Əsədov Süleyman Dəmirəlin dəfninə getdi
18.06.2015 18:25 Siyasi reaksiya 1986
Parlament sədrinin Türkiyədə bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulur
Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin dəfn mərasimində iştirak etmək üçün iyunun 18-də Ankaraya gedib.
Parlamentin mətbuat xidmətindən Reaksiya.Az-a verilən məlumata görə, səfər çərçivəsində parlament sədrinin Türkiyə rəsmiləri və mərasimdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.
Səfər iyunun 19-da başa çatacaq. Tədbirlərdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edəcəklər.
Xatırladaq ki, Türkiyənin 9-cu prezidenti Sülüyman Dəmirəm iyunun 17-də Ankarada xəstəxanada dünyasını dəyişib. Sabah Ankarada təşkil olunacaq rəsmi vida mərasimindən sonra S.Dəmirəl doğulduğu İsparta şəhərində torpağa tapşırılacaq.
Şərhlər