GUAM PA-nın müşahidəçiləri Azərbaycana gələcək
27.10.2015 02:44 Siyasi reaksiya 1514
GUAM Parlament Assambleyasının (PA) müşahidə missiyası noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinin gedişini izləyəcək.
Bu barədə GUAM-ın Baş katibi Valeriy Çeçelaşvili məlumat verib.
Gürcüstan və Ukraynadan olan müşahidəçilər Baş katibin rəhbərliyi altında Bakıya oktyabrın 31-də gələcəklər.
Noyabrın 3-dək Azərbaycanda olacaq GUAM müşahidəçiləri dairə və məntəqələrdə səsvermənin gedişini izləyəcək, nəticələrə dair mətbuat konfransı keçirəcəklər.
Seçkilərlə bağlı hazırlanacaq yekun hesabat ictimaiyyətə təqdim olunacaq.
Şərhlər