"Qarabağda müharibə gündəmdə deyil" - Politoloq rəyi

27.10.2015 14:36     Siyasi reaksiya     2153

Polşa Beynəlxalq Əlaqələr İnstitutunun analitiki Konrad Zaştovt erməni saytlarına verdiyi açıqlamasında deyib ki, nə qədər ki, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində hansısa sülhməramlılar yerləşməyəcək, situasiya təhlükəli olaraq qalacaq və danışıqlarda iki tərəf arasında yaranan dalan vəziyyəti qaynar münaqişəyə çevriləcək.

Reaksiya.az polşalı analitikin dediklərinin həqiqətə nə qədər uyğun olduğunu və hansı tərəflərə xidmət etdiyini politoloq Qabil Hüseynli ilə araşdırıb.

O, indiki halda müharibənin real olmadığını bildirib:

“Zaştoft bu fikirləri səsləndirməklə Qarabağ müharibəsinin yenidən başlaya biləcəyinə işarə edir. Və bu da ki, məsələnin birtərəfli işıqlandırılması deməkdir. İndiki şəraitdə danışıqların yenidən intensiv bazasına daxil olacağıq. Bu baxımdan onun fikirləri ilə razılaşmaq olmaz. Sülh danışıqları prosesi getdiyindən hələ ki, müharibə məsələsi gündəmdə deyil. İndiki şəraitdə müharibənin başlanmasına heç rəsmi Moskva da razılıq verməz”.  

Şərhlər