“Moskva Azərbaycanda sabitliyin tərəfdarıdır” - Rusiyalı ekspert

27.10.2015 15:11     Siyasi reaksiya     2067

"Son illər Azərbaycan regionda çox mühüm yer tutub. Bu ölkə hörmətə layiqdir. Azərbaycan sabit inkişafı qoruyub saxlamağı bacarır".

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı təşkil olunan Bakı-Moskva videokörpü zamanı Postsovet məkanı Araşdırmalar Mərkəzinin direktoru Stanislav Çernyavski deyib.

Onun sözlərinə görə, son 10-15 ildə Azərbaycan hüquq müdafiə təşkilatlarına güzəştə getsə də, onlar etimadı doğrultmayıb.

S. Çernyavski qeyd edib ki, Rusiya Azərbaycanda sabitliyin tərəfdarıdır. “Rusiya ümid edir ki, Azərbaycan xalqı qarşıdan gələn parlament seçkilərində doğru seçim edəcək. Bir çox qərb təşkilatlarının Azərbaycanda seçkiqabağı neqativ abu-hava yaratmaq cəhdləri uğursuzluğa düçar olub".

Şərhlər