İlham Əliyev 2 ölkənin prezidentinə başsağlığı verdi

27.10.2015 17:31     Siyasi reaksiya     1977

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə başsağlığı verib.

Reaksiya.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, həmçinin Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə də başsağlığı verib:

"Hörmətli cənab Prezident, 

Ölkənizdə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!"

 

Şərhlər

Çox oxunanlar