Aİ köç üçün əlavə büdcə ayıracaq

29.10.2015 10:31     Siyasi reaksiya     2023

Avropa Parlamenti, Aİ-nin 2016 – cı il büdcəsində miqrantlar və gənclərin məşğulluğu üçün əlavə fond yaradılması üçün qərar layihəsini qəbul edib. Avropa Parlamenti (AP)nin Strasburqda keçirilən iclasında, köç, gənclərin məşğulluğu və Aİ daxilində rəqabətlə əlaqədar əlavə büdcə 185 əleyhinə, 434 lehinə səslə qəbul edilib. AP qərarında miqrantlar və köçlə əlaqədar məsələlərdə, daha əvvəl Avropa Komissiyasının təklif etdiyi kimi 1,16 milyard avro, gənclərin məşğulluğu və gənclərin işsizliyinin qarşısının alınması üçün isə 473 milyon avro ayrılması qərara alınıb.

Reaksiya.az xəbər verir ki, əlavə büdcə müddəaları arasında Rusiya embarqosundan ziyan çəkən fermerlər də unudulmayıb. Buna görə kənd təsərrüfatı sektoru işçilərinin ziyanları üçün də 500 milyon avro əlavə büdcə ayrılacaq.

Qərara görə, Aİ “Horizon 2020” araşdırma proqramı və “Connecting Europe Facility” üçün isə 1,3 milyard avro əlavə yardım ödəniləcək.

Avropa İttifaqı Sərhəd Agentliyi, ilin ilk 9 ayında Aİ ölkələrinə ümumi 710 min miqrantın daxil olduğunu açıqlamışdı. Bu rəqəm 2014-ci ildə bütövlükdə282 min nəfər idi.

Şərhlər