Novruz Məmmədov: “Hər tərəfdən təzyiqlərə və hücumlara məruz qalırsansa..."

19.06.2015 11:45     Siyasi reaksiya     2030

“Əgər kiçik müsəlman ölkəsisən və zənginsənsə, milli və dövlətçilik maraqlarını qorumaq çox çətin olur”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.

 
“Müstəqil xarici siyasət həyata keçirmək istəyirsənsə, bu qeyri-mümkün olur. Amma hər tərəfdən müxtəlif xarakterli təzyiqlərə və hücumlara məruz qalırsansa, deməli ölkə düzgün yolla irəliləyir”, - deyə N. Məmmədov qeyd edib.

Şərhlər