Rusiya Suriyada ilk diplomatik zəfərini qazandı - “Kommersant”

29.10.2015 15:08     Siyasi reaksiya     2248

Rusiyanın “Kommersant” qəzeti Suriyanın gələcəyi ilə bağlı beynəlxalq danışıqlarda İranın da iştirakını Rusiyanın “diplomatik cəbhədə qazandığı ilk həqiqi zəfər” kimi qiymətləndirib.

İran: “Vyanada Suriya konfransına qatılacağıq”

Qəzetdəki analitik yazıda Dəməşq hökumətinə dəstək verən Tehranın Suriya böhranına həll variantlarının axtarıldığı beynəlxalq danışıqlarda İranın da iştirakını Rusiyanın “diplomatik cəbhədə qazandığı ilk həqiqi zəfəri” kimi qiymətləndirilib.

Rusiyanın İranın da danışıqlarda iştirak etməsi məsələsində ABŞ və Səudiyyə Ərəbistanını razı saldığı ifadə edilən yazıda, “Tehranın cümə günü Vyanada keçiriləcək danışıqlara dəvət edilməsi, Suriya Dövlət Başçısı Bəşər Əsədin gələcəyi ilə bağlı Suriya böhranı müzakirələrinin bütün taleyini dəyişdirəcək'' - deyilib.

“İranın təsirini qəbul etdilər”

“Kommersant” qəzetinə açıqlama verən Rusiya Elmlər Akademiyası Orta şərq Tədqiqatları İnstitutunun əməkdaşı Lana Rəvandi-Fadey də bildirib ki, ABŞ-ın Tehran nümayəndələrinin Vyanaya dəvət edilməsini qəbul etməsi, Vaşinqton və bölgədəki müttəfiqlərinin İranın Suriya böhranı üstündəki böyük təsirini də qəbul etdiyinin göstəricisidir: “İran Suriya hökuməti ilə arasında, hücum vəziyyətində əməkdaşlıq nəzərdə tutan ikitərəfli bir razılaşma olan tək ölkəsdir. Suriya mövzusunda bir qarşılıqlı razılaşmaya gəlmək bundan sonra Vaşinqton ilə Tehran arasındakı danışıqlardan asılı olacaq”.

Şərhlər