TürkPA-nın müşahidə missiyası Azərbaycana gəldi
29.10.2015 19:10 Siyasi reaksiya 2016
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) müşahidəçiləri Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək məqsədilə Bakıya gəlib.
Qurumdan APA-ya verilən məlumata görə, missiyaya Qazaxıstan Parlamenti Məclisinin üzvü Serikjan Kanayev rəhbərlik edir.
Müşahidəçilərin proqramına Milli Məclisin sədri, TürkPA-nın fəaliyyətdə olan sədri Oqtay Əsədov, Mərkəzi Seçki Kommissiyasının sədri Məzahir Pənahov, həmçinin Xarici İşlər Nazirliyinin bir sıra rəsmiləri ilə görüşlər daxildir. Noyabrın 2-də müşahidə missiyasının seçkilərin nəticəsinə dair mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, TürkPA müşahidə missiyası üzv ölkələrdə keçirilmiş prezident və parlament seçkilərini müşahidə etmək məqsədilə 2010-cü ildən fəaliyyətə başlayıb.
Şərhlər