Fuad Muradovun Xətai seçiciləri ilə görüşüb - FOTOLAR

30.10.2015 12:01     Siyasi reaksiya     2503

34 saylı Xətai ikinci seçki dairəsi üzrə deputatlığa namizəd Fuad Muradovun təbliğat kampaniyası çərçivəsində bu gün  rayonun Çingizxan Kərimov və Vunq-Tau küçələrində 7 binanın sakinləri ilə görüşlər keçirilib.

Reaksiya.az xəbər verir ki, seçicilər Fuad Muradova Xətai rayonundan namizədliyini irəli sürdüyünə görə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, Milli Məclisdə Xətai seçicilərini təmsil edəcək deputat Fuad Muradov olacaqdır.

Deputatlığa namizəd sakinlərə dəstəyə görə təşəkkürünü bildirib. “Xətai rayonunda hər gün ən azı 3-4 ünvanda görüşlər keçiririk. Sakinlər tərəfindən isti münasibət və dəstəyi hiss edirik. Əminəm ki, Azərbaycanı sevən, onun inkişafını dəstəkləyən Xətai seçiciləri 1 noyabrda seçkilərdə yüksək aktivlik nümayiş etdirəcəklər.”

Şərhlər