Bölgədə sülh üçün Ermənistan Azərbaycan torpaqlarından çıxmalıdır - Türkiyəli nazir
31.10.2015 10:53 Siyasi reaksiya 1888
“Türkiyə ilə Azərbaycan çox da uzaq olmayan zaman məsafəsində Şərqin ilk cümhuriyyətlərini elan etmiş iki qardaş ölkədir".
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Cümhuriyyətinin qurulmasının 92-ci ili münasibətilə ölkə prezidentinin keçirdiyi qəbulda açıqlamasında Türkiyənin milli müdafiə naziri Vəcdi Gönül deyib.
Azərbaycan torpaqlarının hələ erməni işğalı altında qalmasına toxunan nazir bu məsələnin daim Türkiyənin diqqətində olduğunu vurğulayıb:
"Qafqazda sülh və əmin-amanlıq istəyən hər kəs bilməlidir ki, bunun ilk şərti Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasıdır. Türkiyə bundan sonra da bölgəyə ədalətli sülh gəlməsi üçün çalışacaq. İnşallah, hər şey yaxşı olacaq”.
Şərhlər