İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

31.10.2015 14:26     Siyasi reaksiya     2048

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

Reaksiya.az xəbər verir ki, başsağlığında deyilir:

"Rusiyaya məxsus “Airbus-321” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm".

Şərhlər