Prezident əlcəzairli həmkarını təbrik etdi

31.10.2015 16:47     Siyasi reaksiya     1886

Azərbaycan Respublikası nın Prezidenti  İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdüləziz Buteflikaya  təbrik ünvanlayıb.

Reaksiya.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Ölkənizin milli bayramı – İnqilab günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Əlcəzair dostluğu və əməkdaşlığı bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına sülh və tərəqqi arzulayıram."

Şərhlər