Rusiya və Səudiyyə Ərəbistanı nüvə enerji müqaviləsi imzalayıb

19.06.2015 14:57     Siyasi reaksiya     2564

Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanı Müdafiə naziri Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz, Sankt Peterburq Beynəlxalq İqtisadiyyat Forumu çərçivəsində dünən ikitərəfli görüş keçirilib. Konstantin Sarayında keçirilən görüşdə iki ölkə arasında nüvə enerjisi də daxil olmaqla bir çox sahədə 6 müqavilə imzalanıb.

Rusiya dövlətinə aid atom enerji şirkəti “Rosatom”dan verilən açıqlamaya görə, imzalanan müqavilə Rusiya və Səudiyyə Ərəbistanı arasında atom enerjisi sahəsində əməkdaşlıq edilməsini nəzərdə tutan ilk rəsmi sənəd xüsusiyyəti daşıyır. İki ölkənin gələcəkdə atom enerji reaktoru inşasını və nüvə yanacaq dövrü xidmətinin təmin edilməsi kimi sahələrdə ortaq hərəkət edəcəyi ifadə edilir.

Hələ də atom elektrik stansiyasına sahib olmayan Səudiyyə Ərəbistanı nüvə enerji ehtiyatlarını artırmağı düşünür.

 

İşçi qrupu yaradılacaq

 

Neft nəhəngi iki ölkə ayrıca, ortaq enerji layihələrinin resallaşdırılması üçün işçi qrupunun yaradılması qərara alınıb. Rusiyanın enerji naziri Aleksandr Novak Səudiyyə Ərəbistanının Rusiyadakı enerji layihələri maraqlandığını söyləyib. Rusiyanın isə neft və təbii qaz istehsalı sahəsində əməkdaşlıq etdiyi ölkələrin yerinə başqalarını qoymağı istəmədiyini ifadə edən Novak, bununla birlikdə yeni əməkdaşlıq qurmağa müsbət yanaşdıqlarını vurğulayıb.

Şərhlər