Azərbaycan prezidenti parlament seçkilərində səs verdi

01.11.2015 10:43     Siyasi reaksiya     1933

Azərbaycan prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə 6 saylı seçki məntəqəsində səs verib.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, dövlət başçısı səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.

 

M. Əliyeva və ailə üzvləri də səs veriblər.

 

Qeyd edək ki, bu seçki məntəqəsində 696 seçici qeydiyyata alınıb.

 

Şərhlər