: “Seçkilərdə müsbət atmosfer müşahidə olunur, - AŞPA müşahidə missiyasının rəhbəri

01.11.2015 11:00     Siyasi reaksiya     1980

“Şəxsi nöqteyi-nəzərdən deyə bilərəm ki, indiyədək müsbət atmosfer müşahidə olunur və heç bir çatışmazlıqla qarşılaşmamışıq”.

 APA-nın məlumaına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA)  Müşahidə Missiyasının rəhbəri Jordi Çukla bildirib.

 J. Çukla deyib ki,  AŞPA müşahidə missiyasının sayı məhdud olduğuna görə əllərindən gələni etməyə çalışırlar: “Biz yerlərdə vəziyyəti öyrənmək üçün bütün gün Mərkəzi Seçki Komissiyası və ölkə üzrə paylanan komandalarımızla əlaqə saxlayacağıq. Paytaxtdan kənar bir neçə komandamız var. Biz 32 müşahidəçidən ibarət komandayıq”.

Şərhlər