"Azərbaycanda seçkilər çox şəffaf keçir" - ABŞ-dan olan müşahidəçi

01.11.2015 11:16     Siyasi reaksiya     1923

Azərbaycanda səhər saatlarında parlament seçkilərinə gələn seçiçilərin sayı ABŞ-la müqayisədə daha çoxdur.

Reaksiya.az xəbər verir ki, bunu Trend-ə ABŞ-dan olan müstəqil müşahidəçi, Texas ştatının konqresmeni Solomon Ortiz deyib.

Onun sözlərinə görə, parlament seçkilərinin gedişatından məmnundur: “Mən artıq burada müşahiədçi kimi ikinci dəfədir ki, oluram. Azərbaycanın seçkilərin keçirilməsinə olan münasibətindən məmnunam.Proses çox şəffaf keçir. Ölkədə xalqın öz liderlərini seçməsi Azərbaycanı güclü dövlət edir. Çox ölkələrin sakinlərinin öz liderlərini seçmək hüququ yoxdur. Azərbaycan sakinlərinin isə belə hüququ var”.

S.Ortiz qeyd edib ki, artıq səhər saatlarından seçicilərin fəalllığı müşahidə olunur: “Çox vətəndaş bazar günü səhər saatlarında məntəqəyə gəlir. Səhər saatlarında parlament seçkilərinə gələn seçiçilərin sayı ABŞ-la müqayisədə daha çoxdur. Bu, demokratiyaya doğru yolda göstəricidir”.

Qeyd edək ki S.Ortiz 4 seçki məntəqəsində olub.

Şərhlər