Pənah Hüseyn bülletenləri götürüb qaçdı - MSK sədri
01.11.2015 13:15 Siyasi reaksiya 2237
Sabirabad birinci Seçki Dairəsində məntəqələrin birində deputatlığa namizəd Pənah Hüseynin səlahiyyətli nümayəndəsi seçicinin əlindən 2 bülleteni alaraq qaçıb.
Reaksiya.az "Azvision"a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
"Bu məsələ diqqətimizə çatdırılıb. Dairələrin birində isə bir deputatlığa namizəd məntəqənin üzvini təhqir edib. Belə xoşagəlməz hallar olub, amma indiyədək nəticələrə təsir edə biləcək bir problem baş verməyib. Ümid edirəm ki, proses normal şəkildə davam edəcək".
Onun sözlərinə görə, indiyədək MSK-ya 34 müraciət daxil olub ki, bunların hamısı məlumatalma xarakterlidira
Şərhlər