İsrailin sabiq XİN başçısı Azərbaycandakı seçkilərdən razıdır
01.11.2015 13:45 Siyasi reaksiya 2088
İsrailin keçmiş xarici işlər naziri, tanınmış siyasətçi Aviqdor Liberman Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edir.
Reaksiya.az Secki-2015.az saytına istinadən xəbər verir ki, A.Liberman 6 seçki məntəqəsində seçki prosesini izlədiyini bildirib.
Sabiq nazir seçkilərin sabit keçdiyini, hər hansı qanun pozuntusunun müşahidə edilmədiyini vurğulayıb: “6 seçki məntəqəsində apardığım müşahidələrə əsasən deyə bilərəm ki, seçkilər şəffaf keçirilir. Seçicilərin fəallığı müşahidə olunur”.
Şərhlər