DİN açıqlama verdi - Seçkilər qaydasında keçirilir
01.11.2015 14:17 Siyasi reaksiya 2061
Milli Məclisə keçirilən seçkilərlə əlaqədar hər hansı insident qeydə alınmayıb.
Reaksiya.az xəbər verir ki, bunu Trend-ə Daxili İşlər Nazirliyindən bildiriblər.
Nazirlikdən bildiriblər ki, saat 13:45-ə olan məlumata əsasən hər şey qaydasındadır.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi orqanları Milli Məclisə keçirilən seçkilərlə əlaqədar oktyabrın 28-dən noyabrın 3-dək gücləndirilmiş iş rejimində işləyir. Bununla bağlı nazir Ramil Usubov müvafiq əmr imzalayıb.
Şərhlər