Ramiz Mehdiyev seçkilərdən danışdı - VİDEO

01.11.2015 18:45     Siyasi reaksiya     2070

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev bu gün keçirilən parlament seçkilərində səs verib. 

PA rəhbəri 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib. Reaksiya.az xəbər verir ki, səsvermədən sonra administrasiya rəhbəri "ATV Xəbər"in seçki ilə bağlı suallarını da cavablandırıb.

Seçicilərin iştirakını yüksək dəyərləndirən Ramiz Mehdiyev: `Saat üçə qədər 43 faiz seçici səs verib. Heç bir insident baş verməyib"- deyə əlavə edib. 

Beyəlxalq təşkilatların bəzilərinin seçkilərdə iştirak etməməsi ilə bağlı PA rəhbəri bildirib ki, o təşkilatlara müraciət edilmişdi: “Bu, ikili standartın ən bariz nümunəsidir”.

Şərhlər