Baş nazirin müavini sosial şəbəkələrdə paylaşılan videolardan danışdı
01.11.2015 21:15 Siyasi reaksiya 1980
Ə.Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası seçkiyə 117 namizədlə qatılsa da, sonradan 2 nəfər namizədliyini geri görüb və 115 nəfərlə seçkidə iştirak edib: “Biz hesab edirik ki, Yeni Azərbaycan Partiyasının seçkidə böyük nəticə ilə qələbə qazanmaq şansı çoxdur. Biz 2010-cu ildəki seçkilərdə 71 yer əldə etmişdik. Güman edirəm ki, bu il də o qədər yer əldə edə bilərik. Bunun üçün əsaslar var. Çünki partiyamızın sədri cənab prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan son illər dinamik inkişaf edib. Azərbaycan xalqının sosial rifahı gündən-günə artır. Bu da onu göstərir ki, xalqın bizim partiyaya etimadı güclüdür”.
Ə. Əhmədov onu da əlavə edib ki, YAP yenə də parlamentdə ən çox yerə sahib olan partiya mövqeyini qoruyacaq.
Şərhlər