Rusiya Krımın blokadasını təşkil edənlərə qarşı cinayət işi açdı
02.11.2015 10:12 Siyasi reaksiya 2247
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Təhqiqat Şöbəsi Krım respublikası və Sevastopol şəhərinə qarşı Ukrayna tərəfindən iqtisadi blokada kampaniyası başlayanlara qarşı cinayət işi açıb.
Reaksiya.az “RİA Novosti”yə istinadən xəbər verir ki, sentyabr ayında başlayan blokada kampaniyasının təşəbbüskarları və əsas fəallıq göstərənlərin “cinayət əməllərinin araşdırılacağı” bildirilir.
Həmin şəxslər arasında “Sağ sektor” hərəkatının fəalları və digər radikal təşkilatların nümayəndələri yer alır. Xüsusilə də, Ukrayna Ali Radasının deputatı Refat Çubarov, Mustafa Cəmilov və Krım tatarları üçün yayımlanan ATR telekanalının Lenur İslamovun adı hallanır. L.İslamov Krımın Rusiyaya birləşdirilməsinə qarşı çıxış edən ən fəal şəxslərdən hesab olunur.
Şərhlər