TÜRK PA: Azərbaycanda seçkilər beynəlxalq standartlara tam cavab verir

02.11.2015 10:33     Siyasi reaksiya     1932

“Azərbaycanda noyabrın 1-də keçirilən parlament seçkiləri milli qanunvericiliyə və beynəlxalq standartlara tam cavab verir”.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə TÜRK PA-nın Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı bəyanatında bildirilir. Qurumun seçkini müşahidə edən missiyasının rəhbəri Serijkan Kanayevin sözlərinə görə, seçkilərin müşahidəsi üçün lazım olan maddi-texniki və hüququ baza yaradılıb:

“Seçicilər səsvermə prosesinə təmkinli və müsbət yanaşırdılar. Missiya tərəfindən hər hansı qanun pozuntusu qeydə alınmayıb”.

Paytaxtın Nəsimi, Binəqədi, Yasamal, Səbail rayonun da seçkiləri müşahidə etdiklərini deyən missiya rəhbəri texniki və prosedur qaydalarının, təlimatların hazırlanmasının müsbət hal olduğunu da vurğulayıb.

TÜRK PA-nın baş katibi Jandos Asanov müşahidə missiyasına yaradılan şəraitə görə təşəkkür edib

Şərhlər