Almaniyada mətbuata inam azalıb

02.11.2015 11:19     Siyasi reaksiya     1950

Almaniyada aparılan bir araşdırmaya görə, vətəndaşların 42% - i mətbuata inanmır. 20% - lik bir seqment isə "yalançı mətbuat" ifadəsini istifadə edir.

Reaksiya.az alman mətbuatına xəbər verir ki, düşüncə araşdırma quruluşu İnfratest -in radio kanalı “WDR 5” üçün keçirdiyi bir anketə görə, hər beş almandan biri medianı "yalançı" kimi görür.

Anketdə iştirak edənlərin 20 % -i qəzet, radio və ya televiziyaları düşünəndə tam olaraq bu ifadədən istifadə edib. 72 % - lik bir seqment isə xüsusilə Pegida nümayişlərində istifadə olunan "yalançı mətbuat" (Lügenpresse) suçlandırmasına inanmadığını ifadə edib.

Anketdə 750 alman vətəndaşı iştirak edib. 52% -lik bir seqment alman mətbuatındakı məlumatları etibarlı hesab edərkən, 42% - lik isə mövzuda şübhəlidir.

Şərhlər