“ATƏT-in müşahidəçi göndərməkdən imtinası ikili standartdır” - Aviqdor Liberman

02.11.2015 11:48     Siyasi reaksiya     1954

İsrail parlamentinin nümayəndə heyəti Azərbaycanda keçirilən parlament seçkilərinin yekunlarına dair mətbuat konfransı keçirib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, İsrail parlamentinin deputatı, sabiq xarici işlər naziri, nümayəndə heyətinin başçısı Aviqdor Liberman bildirib ki, seçkilər açıq və şəffaf, beynəlxalq standartlara uyğun keçirilib:

"İsrail parlamenti Azərbaycandakı seçkiləri 4 müşahidəçi ilə izləyib. Hesab edirəm ki, Azərbaycan dünyada mövcud olan ən yüksək standartlara uyğun seçki keçirib. Bu baxımdan mən Azərbaycan xalqını təbrik edirəm".

Qonaq qeyd edib ki, müşahidə etdikləri seçki məntəqələrində həm də yüksək seçki mədəniyyətinin şahidi olublar.

A. Liberman hazırda Azərbaycan-İsrail münasibətlərinin inkişaf etdiyini söyləyib. O, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı seçkilərə nümayəndə heyəti göndərməkdən imtina etməsinə də münasibət bildirərək, bunun ikili standartlardan irəli gəldiyini vurğulayıb:

“Beynəlxalq təşkilatlar təkcə Azərbaycana qarşı yox, digər dövlətlərə də münasibətdə ikili standartlardan çıxış edirlər”.

Şərhlər