“Burada iştirakımız Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə etirazdır” - İtaliyalı deputat

02.11.2015 12:07     Siyasi reaksiya     2143

“Seçkilər nizamlı şəkildə, yüksək səviyyədə təşkil olunmuşdu”.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu İtaliya Senatının üzvü, İtaliya parlamentinin seçkiləri müşahidə missiyasının rəhbəri Sergio Divina bildirib.

Onun sözlərinə görə, müşahidə zamani qanunların pozulması hallarına rast gəlməyiblər:

"Seçkilər Avropa standartlarına uyğun təşkil olunub. İndiyədək ATƏT və Avropa Şurası çərçivəsində bir çox ölkədə seçkilərini müşahidə etmişik. Əminliklə deyə bilərəm ki, müstəqilliyini yeni əldə etmiş Azərbaycanda keçirilən demokratik seçkilər kimi başqa yerdə seçki keçirilməsini müşahidə etməmişəm”.

O qeyd edib ki, Azərbaycan haqda həqiqətə uyğun olmayan fikirlər səsləndirilir.

"Düşünürəm ki, Azərbaycan kimi ölkəni təcrid etmək, ATƏT-in müşahidəçi göndərməməsi mənfi haldır. Mövcud beynəlxalq böhran vəziyyətində Azərbaycana böyük ehtiyacımız var. Həm dini, həm mədəni fundamentalizm bir sahələrdə problemlər yaradır. Azərbaycan modeli Avropa və beynəlxalq ictimaiyyətə nümunə olmalıdır. Bizim burada iştirakımız Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə etirazdır” – deyə, missiya rəhbəri əlavə edib.

İtaliya müşahidə missiyasının üzvü Fiorella Provera isə özünü Azərbaycanın dostu hesab etdiyini bildirib:

“Azərbaycan dünyada bir neçə dini birləşdirən modeldir. Müsəlman, xristian və yəhudilərin bir arada yaşadığını görürük. Azərbaycan demokratiya yolunda öz xəttini seçib. Dünyanın Azərbaycana  ehtiyacı var. Azərbaycan geostrateji cəhətdən mühüm ölkədir, eyni zamanda enerji resurslarına malikdir. Beynəlxalq ictimaiyyət isə əsasən, Dağlı Qarabağ problemi ilə bağlı narahatlıq keçirməlidir”.

Şərhlər