Azərbaycan seçkilərdə şəffaflığı təmin etdi - Britaniya Lordlar Palatasının üzvü

02.11.2015 14:20     Siyasi reaksiya     2137

Azərbaycan parlament seçkilərinin şəffaf keçirilməsini təmin etdi.

Reaksiya.az  Trend-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Lordlar Palatasının üzvü, lord Devid Evans deyib.

D.Evans bildirib ki, seçki məntəqələrində təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin edilmişdi.

Öz növbəsində, Lordlar Palatasının üzvü, baronessa Detta О'Kateyn seçkilərin yüksək səviyyədə təşkil edildiyini vurğulayıb: "Azərbaycanın Böyük Britaniyadan fərqi ondadır ki, burada azad seçim imkanına dəyər verirlər. Londonda insanlar seçkilərə getmək istəmirlər. Azərbayacnda isə vətəndaşlar seçkilərə böyük maraq göstərirlər.

O, həmçinin seçki prosesində vətəndaşlara hər hansı təzyiqin olmadığını qeyd edib: "Ötən gün 6 seçki məntəqəsində oldum. Təkrar səsvermənin qarşısını alan eyniləşdirmə prosesiini xüsusi vurğulamaq istəyirəm. Bu çox müsbət məqamdır".

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasnın ilkin nəticələrinə görə, ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 890 mindən çoxu seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faiz çoxdur.

Ötən gün Azərbaycanda 125 seçki dairəsi üzrə liderlik edən namizədlər açıqlanıb.

Şərhlər