Regionda yeni bir dövlət mesajları

19.06.2015 16:54     Siyasi reaksiya     2043

Kürd dövləti üçün üçlü məngənə

Tel Əbyadın terrorla mübarizə adı altında örtüyü altında boşaldılaraq, kürd silahlılarının əraziyə yerləşdirilməsi və HDP – nin 10% - lik həddi keçməsi üçün həyata keçirilən beynəlxalq kampaniya eyni planın parçası kimi şərh olunur. İraqlı kürdlərdən də artıq müstəqillik mesajları gəlir.

Suriyanın şimalı və İraq Regional Kürd İdarəsindəki prosesləri ilə 7 iyun seçkilərində HDP – nin həddi keçməsi istiqamətində təşkil edilən beynəlxalq kampaniyanın eyni planın bir hissəsi olduğu qeyd edilir.

Türkiyənin “Star”a danışan SETA İstanbul koordinatoru Fəxrəddin Altın 7 iyun seçki nəticələrinə də təsir edən və Türkiyə, Suriya və İraqı əhatə edən bir Pankürdizm axınına diqqət çəkərək, bir kürd dövləti üçün zəmin hazırlandığı açıqlamasını verib. O, bildirib ki, Suriyanın şimalında Tel Əbyadın beynəlxalq koalisiya qüvvələrinin dəstəklədiyi PYD qüvvələri tərəfindən alınması cəhdlərinin, 7 iyun seçkilərində HDP –nin 10% - lik həddi keçməsinin eyn şeydir: "İraq Regional Kürd rəhbərliyindən son dövrdə verilən "müstəqillik" mesajları da eyni layihənin halqalardır".

Cənab Altun seçkilərdən əvvəl MİT yük maşınları ilə Suriyadakı DEAŞ ünsürlərinə silah göndərildiyi istiqamətində çıxan xəbərlərlə Türkiyənin Suriyadakı bu proseslərə müdaxiləsinin kəsildiyini söyləyib.

Şərhlər

Çox oxunanlar